EN

Qarabağ uzun müddət kifayət qədər araşdırılmamış bir region kimi qalıb - Britaniyalı səyyah

Qarabağa səfər etmək maraqlıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri bu gün "NomadMania"nın təsisçisi Hari Mitsidis "NomadMania" klubunun illik toplantısında çıxışında deyib.

O qeyd edib ki, Qarabağ uzun müddət kifayət qədər araşdırılmamış bir region olub və son illərdə əsasən təhlükəsizlik səbəbləri ilə xarici ziyarətlərə qapalı idi.

Mitsidisin sözlərinə görə, təşkilatın üzvləri adətən çətin və az tanınmış istiqamətlərə maraq göstərir: "Belə bölgələr müəyyən çağırışlar yaradır və biz hesab edirik ki, onları görmək dəyərlidir".

Hari Mitsidis Qarabağın tarixi, Birinci və İkinci Qarabağ müharibələri, işğal dövründə yaşayış məntəqələrinin dağıdılması, Xocalı soyqırımı və yüz minlərlə azərbaycanlının məcburi köçkünə çevrilməsi barədə iştirakçılara ətraflı məlumat verib.

O həmçinin bildirib ki, səfər zamanı iştirakçılar həm dağıntıları, həm də aparılan bərpa işlərini yerində müşahidə edəcəklər.

Toplantıda "Şuşa 2026" adlı ekspedisiya layihəsi haqqında da məlumat təqdim olunub.

Qeyd edilib ki, layihə çərçivəsində xarici səyyahlardan ibarət qrupun işğaldan azad edilmiş ərazilərə səfəri planlaşdırılır.

Ekspedisiya iştirakçılarının Ağdam, Şuşa, Xankəndi və Laçına səfər edərək bölgənin tarixi, mədəni irsi və yenidənqurma prosesi ilə yaxından tanış olmaları nəzərdə tutulur.

Layihənin əsas məqsədi Azərbaycanın turizm imkanlarını beynəlxalq auditoriyaya təqdim etmək və Qarabağ regionuna marağı artırmaqdır.

Chosen
38
day.az

1Sources