EN

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 133,55 ton çay ixrac edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu həcmdə çayın dəyəri 1 milyon 162,74 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 10,5 ton (8,6 %), dəyər baxımından isə 56 min ABŞ dolları (5,14 %) çoxdur. Hesabat dövründə çay ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.

Bundan əlavə, yanvar-fevral aylarında Azərbaycan 12 milyon 603,57 min ABŞ dolları dəyərində 1 905,98 ton çay idxal edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 6 milyon 7,39 min dollar (32,2 %) , həcm baxımından isə 1 141,4 ton (37,4 %) azdır.

Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb. (Report)

Bizim.Media

Chosen
1
5
bizim.media

6Sources