EN

Venesuela bu həftə ABŞ-yə nümayəndə heyəti göndərəcək

Venesuela diplomatları bu həftə ABŞ-yə səfər edəcək.

Bu barədə Venesuela Prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqez

Onun sözlərinə görə, nümayəndə heyəti Vaşinqtona gedərək iki ölkə arasında münasibətlərdə yeni mərhələnin və siyasi dialoqun başlanmasını müzakirə edəcək.

Rodriqez iş adamları ilə görüş zamanı deyib:

“Bu həftə diplomatlar Vaşinqtona yollanacaq ki, hökumətlərimiz arasında münasibətlərdə yeni mərhələyə start verilsin.”

O həmçinin qeyd edib ki, Venesuela rəhbərliyi ABŞ Prezidenti Donald Trampdan ölkə iqtisadiyyatına qarşı sanksiyalar tətbiq etməməsini xahiş edib. Məqsəd xarici investorların marağını qoruyub saxlamaqdır.

Chosen
25
aznews.az

1Sources