EN

Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? VİDEO

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Köhnə evini satıb yeni mənzilə köçmək istəyən ailə 3 ildir kirayələrdə yaşamağa məcbur qalıb. Fərəcovlar ailəsi ilə bağlanan müqaviləyə əsasən 6 ay ərzində onlara yeni ev hazır vəziyyətdə verilməli idi. Lakin bu müddət uzanıb. Bəs qarşı tərəf nə deyir?

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, Bakı sakini Qoçu Fərəcov yaşadığı evi sataraq yenisi ilə dəyişmək istəyib. Bunun üçün “Günəşli İnşaat” MTK ilə müqavilə bağlayıb. Yeni evin bir neçə aya veriləcəyi deyilsə də, üzərindən illər keçib.

Şikayətçi bildirir ki, həyat yoldaşı 14 ildir yataq xəstəsidir. Köhnə, rütubətli evlərini satmaqda əsas məqsədləri onu daha yaxşı şəraitə köçürmək olub. Ailənin iddiasına görə, tikinti şirkətinin rəhbəri Firutan Məmmədov onlara 3 otaqlı mənzil vəd edib, lakin bu günə qədər ev təhvil verilməyib.

Məsələ ilə bağlı tikinti şirklətinin rəhbəri olduğunu bildirən Firutan Məmmədov bildirdi ki, ev hazırdır, lakin  müqaviləyə əsasən, tərəflər şərtləri yerinə yetirməlidir.

Onun sözlərinə görə, şirkət tərəfindən onlarla müqavilə bağlayan Qoçu Fərəcovun oğlu Nurlan Fərəcliyə dəfələrlə yeni evlər təqdim olunsa da, o, işsiz olduğunu dilə gətirib və təklif olunan evin qalan ödənişini ödəməyə gücünün çatmayacağını bildirib.

Firutan Məmmədov onu da bildirdi ki, müqavilənin şərtlərinə əsasən ailənin ödədiyi ilkin ödəniş məbləği şirkət tərəfindən geri qaytarıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
6
unikal.az

7Sources