EN

Avtomobil sahiblərinin DİQQƏTİNƏ: Yanacağa bu yolla qənaət etmək olar

“Sürücülərin avtomobilin tələblərinə uyğun olmayan təkərləri alıb istifadə etməsi yanacaq sisteminə ciddi təsir edir".

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Oxu.Az-ın "Avtousta" layihəsinin qonağı, təkər mütəxəssisi Arif Nağıyev deyib.

O bildirib ki, avtomobili daha cəlbedici və gözəgəlimli göstərmək üçün istifadə olunan böyükölçülü təkərlər maşının əyləc sistemlərinə ağırlıq verir:

"Sürücülərə tövsiyə edirik ki, hər 10 min kilometrdən bir avtomobilin təkərlərini çarpaz şəkildə dəyişsinlər. Bu zaman onların ömrü daha uzun olur".

A.Nağıyev, həmçinin qeyd edib ki, təkərə normadan artıq və ya daha az hava vurmaq qəza riski yarada bilər:

"Təkərlərin təzyiqi (barla ölçülür) maşından maşına dəyişir. Biz onu öz yollarımıza uyğunlaşdırırıq. Təkərə normadan artıq hava vurduqda sürüşməsi çox olur, həmçinin daha tez partlama riski yaranır. Havanın təzyiqi az olduqda isə təkər diskləri daha tez əyilə və sıradan çıxa bilər".

Daha ətraflı videomaterialda:


Telegram kanalımız
Chosen
3
2
yenisabah.az

3Sources