EN

La Liqada ayın qolu: Arda Gülərdən inanılmaz uzaq məsafə zərbəsi

Gənc ulduz Arda Gülər növbəti dəfə futbolsevərləri heyran qoyub.

Musavat.com xəbər verir ki, Real Madridin üzvü olan futbolçunun möhtəşəm qolu La Liqada ayın ən yaxşı qolu seçilib.

Madrid klubunun öz meydanında Elche CF üzərində 4:1 hesablı qələbə qazandığı qarşılaşmanın 89-cu dəqiqəsində Arda Gülər diqqət mərkəzinə düşüb. O, rəqib qapıçı — Matias Dituronun irəli çıxdığını görərək, topu öz yarı sahəsindən, təxminən 70 metr məsafədən qapıya göndərib.

Topun birbaşa tora düşməsi stadionda böyük coşqu yaradıb və bu epizod matçın ən yadda qalan anı olub. Qısa müddətdə sosial şəbəkələrdə yayılan bu qol azarkeşlər tərəfindən “mövsümün ən yaxşı qollarından biri” kimi dəyərləndirilib.

Musavat.com

Chosen
45
11
musavat.com

10Sources