EN

Arbeloanın sirri: qələbədən sonra futbolçulara kruassan paylayır » AzadMedia.az


Madridin Real Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa qələbə matçlarından sonra futbolçulara qeyri-adi üsulla təşəkkür edir.
Yahoo Sports-un məlumatına görə, jurnalist Edu Aguirre bildirib ki, məşqçi uğurlu oyunlardan sonra növbəti gün bazaya şirniyyat gətirir və səhər yeməyi kimi futbolçulara paylayır.
“Alvaro oyunçulara deyir: ‘Uşaqlar, səhər yeməyi’. Sonra gəzir və kruassanlar, ponçiklər paylayır”, – deyə Aguirre qeyd edib.
Martın 18-də Real Madrid Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Manchester City üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib.
Mançesterdə yerləşən Etihad Stadiumda keçirilən görüş 1:2 hesabı ilə başa çatıb. İlk qolu 22-ci dəqiqədə penaltidən Vinicius Junior vurub. “Şəhərlilər” 41-ci dəqiqədə Erling Haalandın qolu ilə hesabı bərabərləşdiriblər. 90+2-ci dəqiqədə isə Vinisius dubl edərək komandasına qələbə qazandırıb.
Chosen
19
1
azadmedia.az

2Sources