ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Hazırda İran danışıqlar aparmır və bu istiqamətdə çağırışları qəbul etmir”.
“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Əgər əvvəllər qeyd-şərtsiz təslimiyyət tələb edirdilərsə, indi danışıqlardan danışmaları məğlubiyyətin etirafıdır”, - Əraqçi deyib.
Mümkün atəşkəs danışıqlarından bəhs edən XİN rəhbəri deyib ki, zəmanətsiz atəşkəs müharibənin təkrarına gətirib çıxara bilər:
“Ona görə də, atəşkəs yalnız zəmanətlərlə mümkündür, əks halda münaqişə yenidən alovlanar”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.