EN

NBC-dən sensasion xəbər: Trampı İranla bağlı saxta videolarla aldadıblar

ABŞ Prezidenti Donald Trampa hər gün İrana qarşı zərbələrlə bağlı xüsusi hazırlanmış videolar təqdim olunur.

Musavat.com xəbər verir ki, NBC News-un məlumatına görə, bu videolar təxminən 2 dəqiqə davam edir və son 48 saat ərzində baş vermiş ən “uğurlu” hücumların seçilmiş kadrlarından ibarət hazırlanır.

Kadrlarda əsasən partlayış anları və vizual baxımdan ən təsirli zərbələr yer alır. Mənbələrin bildirdiyinə görə, Trampın ətrafındakı bəzi şəxslər bu cür montajların reallığı tam əks etdirmədiyindən narahatdır.

Onların fikrincə, təqdim olunan videolar müharibənin yalnız bir tərəfini göstərir və vəziyyət barədə təhrif olunmuş təsəvvür yarada bilər. Bildirilir ki, Tramp mediadan da narazıdır və müşavirlərindən soruşur ki, niyə kütləvi informasiya vasitələri müharibəni onun gördüyü kimi təqdim etmir.

 

Musavat.com

Chosen
32
musavat.com

1Sources