EN

Araqçi dünyaya meydan oxudu: “Danışıqlar yoxdur!”

İranın xarici işlər naziri Abbas Araqçi hazırda heç bir danışıqların aparılmadığını bəyan edib və Qərbin son ritorikasını sərt tənqid edib.

Musavat.com xəbər verir ki, nazir son günlər danışıqlar aparıldığının iddia edilməsini qarşı tərəfin məğlubiyyətinin etirafı kimi qiymətləndirib.

Araqçinin sözlərinə görə, daha əvvəl İran qarşısında “şərtsiz kapitulyasiya” tələbi irəli sürülüb. “Əgər belə idisə, niyə indi yüksək vəzifəli şəxsləri danışıqlar üçün səfərbər edirlər?” – deyə o bildirib.

İran XİN rəhbəri həmçinin Hörmüz boğazı ətrafındakı vəziyyətə toxunaraq qeyd edib ki, ABŞ və müttəfiqləri Tehranın bu istiqamətdə addım atmayacağını düşünürdü. Lakin onun sözlərinə görə, bütün səylərə baxmayaraq, bu strateji su yolunu açmaq mümkün olmayıb.

Araqçi iddia edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri belə bölgəyə yaxınlaşmağa çəkinir və digər qüvvələr də eyni vəziyyətdədir.

 

Musavat.com

Chosen
22
46
musavat.com

10Sources