EN

​Azərbaycanda 17 nəfərdir – 13 min maaş alırlar

Azərbaycan Respublikasının Nazirlər Kabineti 37 nəfərdən təşkil olunub. Hökumətə Baş nazir Əli Əsədov rəhbərlik edir.

Doğru.az xəbər verir ki, Baş nazirin 3 müavini var. Birinci müavin postunu Yaqub Eyyubov tutur. Baş nazirinin müavinləri Şahin Mustafayev və Samir Şərifovdur.

Azərbaycanda 17 nazir fəaliyyət göstərir. Komitə sədrlərinin sayı 7 nəfərdir.

Nazir və Komitə sədrləri ilə yanaşı, Xidmət rəisləri də hökumətdə təmsil olunur. Onlar 5 nəfərdir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Turizm Agentliyinin və Qida Təhlükəsizliyi Agentliyinin sədri də hökumət üzvü hesab olunur.

Nazirlər Kabinetinin saytında hökumət üzvlərinin siyahısında sonuncu pillədə Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanda nazirlərin aylıq maaşı 13 750 manatdır.

DOĞRU.AZ

Chosen
9
5
dogru.az

6Sources