EN

Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz

Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirtmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizlərə kömək etmir.

Publika.az xəbər verir ki, kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır.

1. Yediklərinizə diqqət edin
Gün ərzində neçə dəfə yemək yesəniz, hamısının kalorisini hesablayın. Çalışın, günorta yeməyi 500, şam isə 100-200 kalorini ötməsin.

2. Tələsik yemək
Amerikalı mütəxəssislər sübut ediblər ki, tələsik və tez yemək qidanın piyə çevrilməsinə səbəb olur. Buna görə də yemək yeyərkən çalışın, asta olasınız. Beləcə, mədəniz tez doyacaq, qida rahat həzm ediləcək.

3. Televizor qarşısında yeyib və yatmaq
Televizora baxanda adama iştah gəldiyi, hamıya məlumdur. Amma yedikdən sonra televizora baxa-baxa divanda yatmağın ondan da ziyanlı olduğu müəyyənləşib. Belə ki, yedikdən sonra televizora baxan insanın beyni başqa mövzuya köklənir və qida yaxşı həzm olunmur, piy qatı çoxalır.

Chosen
35
2
publika.az

3Sources