Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.
Birləşmiş Ştatlar sakinlərinin əksəriyyəti Pentaqonun İrana qarşı "Epik qəzəb" hərbi əməliyyatının həddini aşdığını düşünür.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, "Associated Press-NORC" ictimai siyasət tədqiqatları Mərkəzi tərəfindən aparılan yeni bir sorğunun nəticələri belə deməyə əsas verir.
Amerikalıların təxminən 59%-i ABŞ-ın İrandakı hərbi əməliyyatının həddini aşdığını düşünür.
Respondentlərin 45%-i yaxın bir neçə ay ərzində benzin ala biləcəkləri ilə bağlı son dərəcə və ya çox narahatdırlar. Müqayisə üçün, respondentlərin yalnız 30%-i Donald Trampın yenidən seçilməsindən sonra bu narahatlığı ifadə edib.
Amerikalıların əksəriyyəti həm də İran cəbhəsində eskalasiyanın- gərginliyin daha da artmasına qarşıdır. Respondentlərin təxminən 60%-i ABŞ quru qoşunlarının bölgəyə mümkün yeridirilməsini dəstəkləmir.
"AP-NORC" sorğusu 19-23 mart tarixləri arasında aparılıb. Araşdırmada 1150 yetkin şəxs iştirak edib. Səhv həddi təxminən 4 faizdir.
S.Laçın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.