Çin ilk dəfə olaraq tək bir operatora 96 dronu idarə etməyə imkan verən "Atlas" mobil dron döyüş sistemini nümayiş etdirib.
"Far.Az"un məlumatına görə, yeni silah sistemi haqqında reportaj Çin Mərkəzi Televiziyası (CCTV) tərəfindən nümayiş etdirilib.
Süjetdə bildirilir ki, yeni sistem "Roy-2" buraxılış qurğusu olan döyüş maşınından, istiqamətləndirmə və idarəetmə, eyni zamanda texniki dəstək maşınından ibarətdir.
Məlumata görə, "Roy-2" buraxılış qurğusu dronları üç saniyəlik fasilələrlə buraxır ki, bu da onların havada təhlükəsiz məsafəsini təmin edir. Belə ki, əvvəlcə kəşfiyyat dronları, daha sonra isə hücum dronları buraxılır.
Bundan əlavə, PUA-lar bir-biri ilə məlumat mübadiləsi aparır və hamısı vahid formalaşmanı təmin etmək üçün real vaxt rejimində mövqelərini tənzimləyə bilirlər.