EN

OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb

Bakı. Trend:

OPEK-in Beynəlxalq İnkişaf Fondu infrastrukturun inkişafı vəkiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışınıngenişləndirilməsi məqsədilə Azərbaycana 110 milyon ABŞ dollarındançox vəsait ayırıb.

Trend bu barədəfondun məlumatına istinadən xəbər verir.

Qərar təşkilatın İdarə Heyətinin 195-ci iclasında, Afrika,Asiya, Latın Amerikası və Karib hövzəsi, eləcə də Avropaölkələrində inkişaf layihələrinin həyata keçirilməsi üçün nəzərdətutulmuş 890 milyon ABŞ dolları məbləğində daha geniş maliyyəpaketi çərçivəsində qəbul olunub.

Dövlət sektoru üzrə Azərbaycana Sumqayıtda günə 100 min kubmetrgücündə çirkab sularının təmizlənməsi qurğusunun tikintisilayihəsinin həyata keçirilməsi üçün 90,4 milyon ABŞ dollarıməbləğində kredit veriləcək. Gözlənilir ki, layihə ən azı 427 minnəfər üçün sanitariya şəraitinin yaxşılaşdırılmasına, Xəzərdənizinin çirklənməsinin azaldılmasına və təmizlənmiş suyun kəndtəsərrüfatında təkrar istifadəsinə imkan yaradacaq.

Özəl sektor üzrə isə Azərbaycan əlavə olaraq 20 milyon ABŞdolları alacaq. Bu vəsait fond üçün ilk dəfə tətbiq edilən millivalyutada sintetik kredit mexanizmi çərçivəsində təqdim olunacaq vəsistem əhəmiyyətli maliyyə institutunun dəstəklənməsinə, həmçininmikro, kiçik və orta biznesin kreditləşdirilməsiningenişləndirilməsinə yönəldiləcək.

Ümumilikdə 890 milyon ABŞ dolları həcmində maliyyə paketiinfrastrukturun və nəqliyyat əlaqəliliyinin gücləndirilməsinə,ərzaq təhlükəsizliyinin və iqlim dəyişikliklərinə dayanıqlığınartırılmasına, eləcə də iqlim layihələrinə investisiyalarıngenişləndirilməsinə yönəlib. Müxtəlif regionlarda mikro, kiçik vəorta biznesin maliyyə resurslarına çıxışının yaxşılaşdırılmasınaxüsusi diqqət yetirilir.

Qeyd edək ki, OPEK-in Beynəlxalq İnkişaf Fondu mandatına əsasənüzv ölkələrdən maliyyəni yalnız OPEK-ə üzv olmayan ölkələrinxeyrinə yönəldən yeganə qlobal institutdur. Təşkilat inkişafetməkdə olan ölkələr və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərəkaşağı və orta gəlirli ölkələrdə iqtisadi artımın və sosialtərəqqinin təşviqinə xidmət edir. Bu günədək fond 125-dən çoxölkədə inkişaf layihələrinə 32 milyard ABŞ dollarından artıq vəsaitayırıb, həyata keçirilən layihələrin ümumi dəyəri isə 240 milyardABŞ dollarını ötüb.

Məqalədə:
Chosen
42
5
az.trend.az

6Sources