EN

Varlanmaq istəyənlərin diqqətinə – bunu edin…

“Varlanmaq xərcləri sıxmaqla yox, gəliri artırmaqla mümkündür. Məhdud qazancı olan insan nə qədər qənaət etsə də, bu onu sadəcə daha ehtiyatlı edir, varlı etmir”.

NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, eyni məntiq həm insan, həm də dövlət səviyyəsində keçərlidir:

“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz. Əsas məsələ yeni imkanlar yaratmaq, dəyəri artırmaq və bunu davamlı gəlirə çevirməkdir. Gündəlik həyatda da bunu görmək olur. Bir insan dostları ilə oturanda kiçik bir hesabı ödəməkdən yayınaraq qənaət etdiyini düşünürsə, əslində daha böyük imkanları itirir. Pul təkcə xərclənmir, həm də etimada, əlaqəyə və gələcək fürsətlərə çevrilir.

Məsələn, hər ay 200-300 manata qənaət edib pul yığan adam 5 il bunu yığarsa, cəmi 30 min toplaya bilər. İnflyasiyanı da nəzərə alsaq, bu pulla varlı olmaq olmaz. Amma həmin vəsaiti hər ay doğru yönəldərsə, 5 ildə daha böyük nəticələr əldə edə bilər. Sadə məntiq budur – dəyər yaradırsan, gəlir əldə edirsən, onu yenidən istifadə edib daha böyük dəyərə çevirirsən. Qənaət sabitlik yaradır, amma varlanmaq üçün əsas olan qazanmaq və pulu işlətməkdir”.

Chosen
12
11
nocomment.az

10Sources