EN

Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü Foto

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tərtərdə baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qaradağlı kəndində aşan avtomobildə ölən və yaralananlar Goranboy sakinləridir.

Belə ki, gecə saat 03 radələrində 1958-ci il təvəllüdlü Goranboy sakini Nəsrəddin Ağayevin səhhəti kəskin pisləşib. Bu səbəbdən 1971-ci il təvəllüdlü qardaşı Yunus Ağayev, 1991-ci il təvəllüdlü oğlu Sənan Ağayev və gəlini Könül Aslanova onu avtomobillə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq üçün yola çıxıblar. Yolda onların olduğu avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə xəstəxanaya aparılan N.Ağayev və qardaşı Yunus aldıqları ağır xəsarətlərdən ölüblər.

N.Ağayevin oğlu ilə gəlini isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
2
qafqazinfo.az

3Sources