EN

İranda quru əməliyyatı tezliklə başlaya bilər…- WSJ-dən ziddiyyətli xəbər…



Ağ Ev yaxın günlərdə İranda quru əməliyyatı keçirməyə hazırdır. Bu iddia ilə Wall Street Journal müxbiri Aleks Uord Respublikaçı konqresmenlərə istinadən çıxış edib.

O bu barədə özünün X səhifəsində yazıb.

Amerika portalı Axios-un mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ ordusu, Vaşinqton və Tehran arasında birbaşa danışıqlar aparılsa belə, İran ərazisinə hücumları ən azı iki-üç həftə davam etdirməyi planlaşdırır.

Daha əvvəl "New York Times" qəzeti mənbələrə istinadən ABŞ-ın Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İrana 15 maddəlik plan göndərdiyini bildirmişdi. Pakistan rəsmiləri "Associated Press" agentliyinə bildiriblər ki, plan artıq İran tərəfinə çatdırılıb. Lakin Tehran iki tərəf arasında məhsuldar danışıqların aparıldığı iddialarını rədd edir.

SAMİRƏ

Chosen
16
baki-xeber.com

1Sources