EN

Arda Gülərin qolu “ən yaxşı” seçildi

“Real Madrid”ın yarımmüdafiəçisi Arda Gülərin “Elçe”yə uzaq məsafədən vurduğu qol La Liqada mart ayının ən yaxşısı seçilib.

İdman.Biz xəbər verir ki, 21 yaşlı futbolçu meydanın mərkəzindən rəqib qapısını dəqiq nişan alıb.

Çempionatın 28-ci turunda “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmanın 89-cu dəqiqəsində qeydə alınan bu qol həm də rəsmi rekord kimi tarixə keçib. Belə ki, Arda Gülər 55 metrlik məsafə ilə İniqo Martinesə məxsus olan “La Liqanın ən uzaq məsafədən vurulan qolu” rekordunu 13 metr yeniləyib.

Qeyd edək ki, görüş “Real Madrid” təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

İdman.Biz
Chosen
27
18
idman.biz

10Sources