EN

Abbas Əraqçi Azərbaycana təşəkkür etdi

Abbas
İran xarici işlər naziri Azərbaycana təşəkkür edib. 1news.az “Türkiye Today”ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə müharibə başlayandan sonra xaricdə qalmış İran zəvvarlarına göstərilən yardıma görə Azərbaycana və digər ölkələrə minnətdarlığını bildirib.
Əraqçi xüsusilə Türkiyə, Azərbaycan, Ermənistan, Əfqanıstan və Səudiyyə Ərəbistanını ABŞ və İsraillə münaqişə zamanı İran zəvvarlarına yardım etdiklərinə görə təşəkkür edib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bölgədə gərginlik davam edir.

Chosen
6
9
1news.az

10Sources