EN

Vurulan Türkiyə tankeri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI – Hadisənin DETALLARI

Xəbər verdiyimiz kimi, Türkiyənin xam neft daşıyan “ALTURA” tankeri Qara dənizdə, İstanbul boğazından (Bosfor) cəmi 15 mil məsafədə pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alınıb.

Türkiyənin “NTV” telekanalının yaydığı məlumata görə, hadisə dənizin açıq hissəsində baş verib və güclü partlayışla müşayiət olunub.

Zərbə nəticəsində tankerin idarəetmə körpüsünə ciddi ziyan dəyib, gəminin maşın bölməsinin isə su ilə dolduğu bildirilir.

Gəmidən gələn yardım siqnalından dərhal sonra Sahil Mühafizə Xidməti, dəniz təhlükəsizliyi qüvvələri və fövqəladə hallar üçün nəzərdə tutulmuş məşhur “Nene Hatun” xilasetmə gəmisi hadisə zonasına cəlb edilib.

Sevindirici haldır ki, hadisə zamanı gəminin 27 nəfərlik türklərdən ibarət heyət üzvü arasında xəsarət alan olmayıb və onların vəziyyəti yaxşı qiymətləndirilir. Hazırda gəmiyə texniki kömək göstərilməsi və onun batmasının qarşısının alınması istiqamətində işlər davam edir. Rəsmi qurumlar baş verənlərin birbaşa “terror hücumu” və ya qəsdən törədilmiş aksiya olub-olmaması barədə hələlik yekun bəyanat yaymayıblar. Lakin PUA-nın mənşəyi və gəminin marşrutu ilə bağlı genişmiqyaslı araşdırma başladılıb. Bu insident Rusiya-Ukrayna müharibəsi və regiondakı gərginlik fonunda Qara dənizdəki naviqasiya təhlükəsizliyini yenidən ciddi sual altına qoyub.

“Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir”, – deyə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

A.Uraloğlu həmçinin vurğulayıb ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb:

“Yəni qəsdən həyata keçirilib. Yaxın saatlarda dəqiq məlumat veriləcək”.

Musavat.com

Chosen
7
4
editor.az

5Sources