"Mançester Yunayted" "Fulhem"in müdafiəçisi Entoni Robinsonu heyətinə qatmaqda qərarlıdır.
Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun bu yay "qırmızı şeytanlar"a qoşulmaq ehtimalı getdikcə artır.
"Bağbanlar" ABŞ-dən olan oyunçunu yaxşı qiymətə satmağın əleyhinə deyil.
Qeyd edək ki, 2020-ci ildən "Fulhem"də çıxış edən Robinson cari mövsüm 19 matça çlxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Toğrul