İsrail rəsmisi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin Bəndər-Abbas şəhərində endirilən zərbə nəticəsində öldürüldüyünü iddia edib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, rəsminin sözlərinə görə, Tangsiri Hörmüz boğazının bağlanmasına cavabdeh şəxs olub.
Məlumata görə, hadisə ilə bağlı İran tərəfi və İsrail ordusu hələlik rəsmi açıqlama verməyib.
"Cebheinfo.az"