EN

Azərbaycan - Sent Lüsiya matçının hakimləri açıqlanıb

Azərbaycan milli komandasının "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə Sumqayıtda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Olaylar.az AFFA-ya istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək:

27 mart

19:00. Azərbaycan - Sent Lüsiya
Baş hakim: Giorgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili
(Hakimlər briqadası Gürcüstandandır)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
23
olaylar.az

10Sources