EN

Yağış yağacaq, subasma ehtimalı var SABAHIN HAVASI

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah Azərbaycanda hava necə olacaq?

Martın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
49
globalinfo.az

10Sources