EN

Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2 milyon 686 min ABŞ dolları dəyərində 3 min 132 ton nar ixrac edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 683,55 min dollar (20,3 %), həcm baxımından isə 714 ton (18,6 %) azdır.

Hesabat dövründə nar ixracından əldə ediən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Chosen
20
4
far.az

10Sources