EN

Zəngəzur dəhlizi üzrə işlərin GEDİŞATI

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı aparılan işlər barədə danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, nazir bildirib ki, Türkiyə tərəfdə qalan 224 kilometrlik yolun təmirinə artıq başlanılıb.

“Azərbaycan tərəfdəki işlər sona yaxınlaşır. Zəngəzur koridorunda bir podratçılıq müqaviləsi imzalanıb, lakin tikinti işlərinə hələ başlanmayıb. Düşünürəm ki, gələcəkdə çox gecikmədən başlanacaq. Naxçıvan tərəfdə 180 kilometrlik bir hissə var. Onun bir hissəsi təmir ediləcək, bir hissəsi yenidən tikiləcək. Bizim tərəfdəki 224 kilometrlik hissədə tikinti işlərinə isə artıq başlanılıb”, – nazir bildirib. /apa

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
12
bakivaxti.az

10Sources