EN

Kamboca mağaralarında əvvəllər məlum olmayan canlılar tapıldı Alimlər heyrət içində

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kambocadakı mağaralar minlərlə kilometr uzanır və Yer üzündə başqa yerdə rast gəlinməyən canlıların yaşadığı unikal ekosistemlər təşkil edir. Batambanq əyalətində aparılan yeni tədqiqat nəticəsində elm üçün yeni olan bir sıra növlər aşkarlanıb. Onların arasında firuzəyi rəngli zəhərli gürzə, "uçan” ilan, bir neçə gekkon növü, eləcə də mikilbiz və çoxayaqlının iki yeni növü var. 

Qaynarinfo xəbər verir ki, bu barədə "CNN" yazır.

Bildirilib ki, gürzə və bəzi gekkon növləri hələ də adlandırılma və təsvir mərhələsindədir. Digər tapıntılar isə 64 mağaranın tədqiq olunduğu biomüxtəliflik araşdırması çərçivəsində artıq rəsmi olaraq tanınıb.

Alimlərin fikrincə, Kambocanın qayalı karst landşaftındakı hər bir mağara özünəməxsus bir "təbii laboratoriya” rolunu oynayır. Burada canlılar dar mühitə uyğunlaşaraq fərqli şəkildə inkişaf edirlər.

Britaniyanın "Fauna & Flora" təbiəti qoruma təşkilatının nümayəndəsi və layihənin iştirakçılarından biri olan təkamül bioloqu Li Qrismere görə, bu mühitdə təbiət eyni təcrübəni müstəqil şəkildə dəfələrlə təkrarlayır. Alimlər növlərin DNT-sini analiz edərək onların necə təkamül etdiyini öyrənə bilirlər.

O, qeyd edib ki, bəzi növlər bir-birinə çox bənzəyir, digərləri isə fərqli inkişaf yolu keçib. Bu da təkamül proseslərini daha yaxşı anlamağa imkan verir.

Tədqiqat zamanı dünyada nəsli kəsilmək təhlükəsi altında olan bir sıra növlər də qeydə alınıb. Bunlara sund pangolini, yaşıl tovuzquşu, uzunquyruq makak və şimal donuzquyruq makak daxildir.

Layihədə iştirak edən ekoloq Pablo Sinovas bildirib ki, gecə saatlarında aparılan müşahidələr xüsusilə maraqlı olub, çünki ilanlar və gekkonlar məhz bu vaxt ən aktiv olur və gizləndikləri yerlərdən çıxırlar.

Bəzi mağaralarda bir milyona qədər yarasa yaşayır, lakin tədqiqatçılar böyük yarasa koloniyalarına daxil olmaqdan sağlamlıq risklərinə görə çəkiniblər.

Kambocanın təxminən 9%-ni təşkil edən karst ərazilər – təxminən 20 min kvadrat kilometr – hələ də elmi baxımdan tam öyrənilməyib. Batambanq əyalətindəki bir karst təpəsində əvvəllər araşdırılmamış 14 mağara da aşkar edilib.

Alimlər bildirirlər ki, qarşıda hələ çox tədqiqatlar var və bu kəşflər yalnız Kambocanın biomüxtəlifliyinin kiçik bir hissəsini əhatə edir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
qaynarinfo.az

1Sources