EN

Çanaqqalada məktəbliləri daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var » AzadMedia.az


Türkiyənin Çanaqqala əyaləti Ayvacıq rayonunun Güzəlyalı kəndində məktəbliləri daşıyan mikroavtobusun aşması nəticəsində səkkiz nəfər yaralanıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, mikroavtobus yük maşını ilə toqquşması nəticəsində aşıb. Xəsarət alanlar Mehmet Akif Ersoy Çanaqqala Dövlət Xəstəxanası və Çanaqqala Onsəkkiz Mart Universiteti Xəstəxanasına yerləşdirilib.
Chosen
1
6
azadmedia.az

7Sources