EN

İdman məktəblərinə dəstək: AAF bölgələrə avadanlıq göndərdi - FOTO

Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) bölgələrdə idmanın inkişafına yönəlmiş fəaliyyətini davam etdirir.

İdman.Biz xəbər verir ki, federasiyaya müraciət edən idman məktəbləri və klublar AAF rəhbərliyi tərəfindən bölgü əsasında zəruri avadanlıqlarla təmin olunur.

Bu çərçivədə AAF tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil şöbəsinin Uşaq-Gənclər İdman Məktəbinə beynəlxalq standartlara uyğun ştanq dəsti təqdim edilib. Avadanlıq məktəbin məşqçisi Şəfi Hüseynova təhvil verilib.

Bundan bir neçə gün əvvəl isə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Qazax rayon Uşaq-Gənclər İdman Məktəbinə də tam dəst ştanq avadanlığı göndərilib. Sözügedən avadanlıq məktəbin baş məşqçisi Sərxan Qasımlıya təqdim olunub.

Federasiyadan bildirilib ki, yaxın zamanda müraciət edən digər məktəb və klubların da avadanlıqla təmin olunması planlaşdırılır.

İdman.Biz
Chosen
33
4
idman.biz

9Sources