EN

Azərbaycanda elektrik naqilinin istehsalı 9 % azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 min 825 ton elektrik naqili istehsal edilib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.

Bu il martın 1-nə, ölkədə 421 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 13 min 160 ton elektrik naqili istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 8,5 % çoxdur.

"Cebheinfo.az"

Chosen
24
3
cebheinfo.az

4Sources