Futzal üzrə Yüksək Liqada çıxış edən "Lənkəran" komandası texniki məğlubiyyət alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna səbəb komandanın XV turda U-19 kollektivi ilə oyuna təyin olunan vaxtda gəlməməsi olub.
Nəticədə "Lənkəran"a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. "Atletiko Baku" PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.