
Pakistan ABŞ və İran arasında mesajların mübadiləsində iştirak edir.
Missiya.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar “X” hesabında yazıb.
O bildirib ki, ABŞ-İran dolayı danışıqları Pakistanın vasitəçiliyi ilə aparılır və Vaşinqtonun təklif etdiyi 15 maddəlik plan İran tərəfindən nəzərdən keçirilir.
“Misir və Türkiyə kimi qardaş ölkələr də bu təşəbbüsə yardım göstərir”,- İshaq Dar qeyd edib.