ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) bu idman növünün bölgələrdə inkişafını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.
Fanat.Az-ın qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, AAF rəhbərliyi tərəfindən federasiyaya müraciət ünvanlayan idman məktəbləri və klublar bölgü əsasında dəst avadanlıqla təmin olunur.
Belə ki, AAF tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil şöbəsinin Uşaq Gənclər İdman Məktəbinə beynəlxalq standartlara uyğun ştanq dəsti təhvil verilib. Avadanlıq Şərur rayon Təhsil şöbəsinin Uşaq Gənclər İdman Məktəbinin məşqçisi Şəfi Hüseynova təqdim edilib.
Bir neçə gün öncə isə AAF tərəfindən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Qazax rayon Uşaq-Gənclər İdman Məktəbinə tam dəst ştanq avadanlığı göndərilib. Ştanq dəsti Qazax rayon Uşaq-Gənclər İdman Məktəbinin baş məşqçisi Sərxan Qasımlıya təhvil verilib.
Yaxın zamanda AAF-a müraciət edən daha bir neçə məktəb və kluba avadanlıq təminatı ilə bağlı dəstək göstərilməsi planlaşdırılır.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.