ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu axşam DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin oyunları keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, gecənin ilk qarşılaşmasında "Türkiyə" İstanbulda Rumıniya millisi ilə üz-üzə gələcək.
Azarkeşlər Türkiyə - Rumıniya oyununu İctimai TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə Ukrayna millisi İsveçlə, Danimarka isə Şimali Makedoniya yığması ilə üz-üzə gələcəklər. Ukrayna - İsveç qarşılaşması İctimai TV-də, Danimarka - Şimali Makedoniya qarşılaşması isə "CBC Sport" TV-də canlı yayımlanacaq.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
26 mart
Saat 21:00, Türkiyə - Rumıniya (İctimai TV);
Saat 23:45, Ukrayna - İsveç (İctimai TV);
Saat 23:45, Danimarka - Şimali Makedoniya ("CBC Sport" TV).
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.