SSRİ millisinin heyətində ikiqat olimpiya çempionu olmuş keçmiş voleybolçu Roza Salihova vəfat edib. Bu barədə Ümumrusiya Voleybol Federasiyası məlumat yayıb.
O, 81 yaşında ölüb.
Roza Salihova 1968 və 1972-ci illərdə olimpiadanın qalibi olub. O, 1967 və 1971-ci illərdə Avropa çempionatında, 1970-cı ildə isə dünya çempionatında qızıl medal qazanıb