EN

“1+1”in real hekayəsi | FOTOLAR


Amma 1993-cü ildə düşdüyü qəza bütün həyatını mənfi tərəfə dəyişir. Filip hərəkət qabiliyyətindən məhrum olur. 3 ildən sonra isə həyat yoldaşı xərçəngdən dünyasını dəyişir. Filippin həyatında qara zolaq başlayır. O hətta intihar etməyə də cəhd göstərir.


Abdul Sellu kasıb əlcəzairli ailəsinin 9 uşağından biri idi. Valideynləri onu oxumaq üçün Parisdə yaşayan qohumlarının yanına göndərmişdilər. Hərçənd, “oxumaq” bir qədər böyük səslənir. Abdul oxumaqdan başqa hər şeyi edirdi: çox pis şagird, dəcəl uşaq idi, üstəlik, əliəyriliyə də öyrənmişdi. Bu həyat tərzinin onu barmaqlıq arxasına aparması yox, aparmaması təəccüblü ola bilərdi.


Qraf di Borqo özünə qulluq etmək üçün xidmətçi seçəndə 100-ə yaxın namizədlə görüşmüş, amma onların arasında məhz Abdulu gözü tutmuşdu. Niyə? Nə səbəb olmuşdu bu cür qəribə seçimə? Görünür, müdrik Filip başqalarının görə bilmədiyi tərəfləri də görməyi bacarırmış...

Abdulun özünü əzməməsi, yazıq göstərməsi, yol verilən həddə dikbaşlığı və kobud yumoru ömrü boyu burjua nəzakəti ilə əhatə olunmuş Filipdə maraq oyatmışdı. O, xəstənin qayğısına özünəməxsus şəkildə qalırdı. Onlar birlikdə sərgüzəştlər axtarır, ətrafdakı insanlarla, hətta polislərlə məzələnirdilər. Bütün bunlar Filippin yaşamaq həvəsini, həyat eşqini qaytarırdı.


Beləliklə, mahiyyətcə iki tamam fərqli insanın arasında dostluq başlayır. Həyat onların hərəsini bir cür vurmuşdu, amma ikisinə də zərbədən sonra ayağa qalxmaq üçün şans vermişdi.


2003-cü ildə Mərakeşə səfər zamanı onlar gələcək həyat yoldaşları ilə tanış olurlar. Bununla da birgə tarixçələri finiş xətinə çatır.

İndi Abdulun Əlcəzairdə quşçuluq ferması var. Övladları Filipi əmiləri bilirlər. O, Filiplə münasibətləri haqqında iki kitab yazıb. Həmin kitablardan birinin – “Toxunulmazlar”ın əsasında da “1+1” filmi çəkilib.


Filmin bu qədər uğurlu alınmasının bir neçə səbəbi var. Amma hər şeydən əvvəl, o sübut edir ki, insanlar sosial vəziyyətlərindən, sinfi fərqlərindən asılı olmayaraq, dost ola bilərlər. Düzgün yanaşılarsa, dostluq böyük dəyərdir. Həyat həmişə qarşımıza lazım olan adamı çıxarmaqla bizi mükafatlandırır. Sadəcə, həmin adamları tanımağı bacarmaq lazımdır.





Vüsal Məmmədov
AzVision.az
Chosen
9
2
azvision.az

3Sources