EN

Onlar da münaqişənin nəticəsini bilmirlər - Putin

Yaxın Şərqdə artan gərginlik bir çox sahələrə mənfi təsir göstərib və bu münaqişənin nəticələrini öncədən dəqiq müəyyənləşdirmək son dərəcə çətindir.

Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayının plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, regionda davam edən silahlı qarşıdurma qlobal iqtisadi proseslərə getdikcə daha ciddi təsir edir:

“Yaxın Şərqdəki silahlı münaqişə bugünkü vəziyyətə getdikcə daha çox təsir göstərir və beynəlxalq logistika, istehsal və kooperasiya zəncirlərinə ciddi zərər vurur”.

Putin vurğulayıb ki, xüsusilə karbohidrogenlərin hasilatı və emalı, metal istehsalı, gübrə sənayesi və digər sahələr risk altındadır.

“Bu münaqişənin nəticələrini dəqiq proqnozlaşdırmaq hələlik çox çətindir. Məncə, münaqişəyə cəlb olunan tərəflər belə bunun necə nəticələnəcəyini tam təsəvvür edə bilmirlər”, – deyə o qeyd edib.

Mürtəza

Chosen
19
olke.az

1Sources