EN

İran ABŞ-la danışıqlara şübhə ilə yanaşır - vaxt qazanmağa çalışırlar…



Tehran administrasiyasının ABŞ-ın vasitəçilərlə göndərilən 15 maddəlik təklififinə rəsmi olaraq cavab verdiyi və öz şərtlərini təqdim etdiyi bildirilib.

Tasnim Xəbər Agentliyinin nüfuzlu mənbəyə istinadən verdiyi məlumata görə, İran razılaşma üçün aşağıdakı şərtləri təqdim edib:

- Düşmən tərəfindən həyata keçirilən terror hücumları dayandırılacaq,

- Müharibənin bir daha təkrarlanmayacağına dair konkret şərtlər müəyyən ediləcək,

- Müharibə təzminatlarının önənilməsi zəmanət altına alınaraq, qəti bir qərar veriləcək,

- Müharibə təkcə İran üçün deyil, bölgədəki müqavimət qrupları da daxil olmaqla, bütün cəbhədə dayandırılacaq,

- İranın Hörmüz boğazı üzərində suverenliyi qanuni şəkildə tanınacaq və öhdəliklərin təminatı kimi qəbul ediləcək.

İran mənbələri İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun təbii və qanuni bir hüquq olduğunu vurğulayıblar. Bu mənbələr qeyd ediblər ki, bu hüquq həm də digər tərəfin öhdəliklərinin icrasının təminatını təşkil edir və tanınmalıdır. Bu şərtlərin müharibədən əvvəl Cenevrədə keçirilən danışıqların ikinci mərhələsində ABŞ tərəfinə təqdim edilən tələblərdən ayrı olduğu ifadə edilib.

İran rəsmiləri ABŞ-ın danışıqlar iddiasını "aldatma layihəsi" kimi gördüklərini bildirərək, ABŞ-ın danışıqlar adı altında "özü barəsində sülhsevər və müharibənin bitməsini istəyən bir obrazla dünyanı aldatmağı, qlobal neft qiymətlərini aşağı səviyyədə saxlamağı və İranın cənubunda yeni bir əməliyyata hazırlıq prosesində vaxt qazanmağı" hədəflədiyini iddia edirlər.

“Reuters” agentliyinə danışan başqa bir İran rəsmisi isə danışıqlarda heç bir irəliləyiş əldə olunmadığını və planların qeyri-real olduğunu qeyd edib. Mənbə yanaşma real olarsa, həll yolunun tapıla biləcəyini bildirib.

İsrail mediası ABŞ-ın İrana təklif etdiyi 15 maddəlik gizli paketin ən kritik 11 tələbini əldə edib. Həmin tələblər bunlardır:

- İran mövcud nüvə potensialının hamısını məhv edəcək.

- Nüvə silahı əldə etməmək barədə qəti öhdəlik götürüləcək.

- İran ərazisində uranın zənginləşdirilməsinə icazə verilməyəcək.

- Təxminən 450 kq-lıq 60% zənginləşdirilmiş uran ehtiyatı MAQATE-yə təhvil veriləcək.

- Natanz, İsfahan və Fordo nüvə obyektləri tamamilə ləğv ediləcək.

- MAQATE İran daxilində məhdudiyyətsiz giriş və monitorinq səlahiyyəti əldə edəcək.

- Regional "vəkil qüvvələr" modelindən (Hizbullah, Husilər və s.) imtina ediləcək.

- Regional müttəfiqlərə verilən maliyyə və silah dəstəyi dayandırılacaq.

- Hörmüz boğazı sərbəst dəniz dəhlizi kimi tam açıq qalacaq.

- Raket proqramı mənzil və say baxımından məhdudlaşdırılacaq.

- Raketlərdən yalnız özünümüdafiə üçün istifadə ediləcək.

Tahir TAĞIYEV

Chosen
14
baki-xeber.com

1Sources