EN

Bu ölkədə enerji böhranı elan edildi

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rumıniya hökuməti ölkənin yanacaq sektorunda 1 aprel–30 iyun 2026-cı il tarixlərini əhatə edən dövr üçün böhran vəziyyəti tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar imzalayıb.

Bildirilib ki, bu qərarın müddəti üç ay olmaqla, bir neçə dəfə uzadılması ehtimalı da planlaşdırılıb.

Sənəddə Yaxın Şərqdəki gərginlik səbəbindən yanacaq qiymətlərinin artmasının ölkə iqtisadiyyatına və əhaliyə təsirindən qorunmaq üçün bir sıra tədbirlər nəzərdə tutulur. Belə ki, neft sektorunda fəaliyyət göstərən şirkətlərin kommersiya mənfəət gəliri 2025-ci ilin orta səviyyəsi ilə məhdudlaşdırılacaq, benzində bioloji yanacağın payı məcburi 8%-dən 2%-ə endiriləcək, ölkədən dizel yanacağının ixracı isə yalnız iqtisadiyyat və energetika nazirliklərinin razılığı ilə həyata keçirilə biləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
2
axar.az

3Sources