EN

Şimali İsrailə raket hücumu: ölən və yaralananlar var » AzadMedia.az

Şimali


Şimali İsrail ərazisi raket atəşinə məruz qalıb. Hadisə nəticəsində ən azı 1 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb.

Məlumata görə, təcili tibbi yardım xidməti olan Magen David Adom bildirib ki, təxminən 30 yaşlarında bir kişi qəlpə yaralarından dünyasını dəyişib.

Yaralananlar arasında 50 yaşlı bir kişinin olduğu və onun ətraf nahiyələrindən qəlpə xəsarətləri aldığı qeyd edilir.

Hadisə ilə bağlı məlumatı NBC News yayıb.

Qeyd edək ki, İsraildə müharibə başlayandan bəri ümumilikdə 17 nəfərin həlak olduğu bildirilir.

Chosen
55
1
azadmedia.az

2Sources