EN

Ermənistanda təlim zamanı bir hərbiçi digərini yaralayıb

BAKI, 26 mart. TELEQRAF

Ermənistanda hərbi toplanış zamanı təlimlər cəlb edilə bir hərbiçi digərini yaralayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan məlumat yayıb.

"Hərbi təlimə çağırılan ehtiyatda olan hərbçilərin yaralanması hadisəsi ilə bağlı cinayət istintaqı zamanı bir nəfər həbs edilib. O təlim iştirakçısıdır",- o qeyd edib.

O əlavə edib ki, hadisənin tam şəraitinin aydınlaşdırılması üçün tədbirlər görülür.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatda üç ehtiyatda olan hərbçinin bıçaqlanaraq xəstəxanaya aparıldığı bildirilib. Müdafiə Nazirliyi onların həyatına təhlükə olmadığını və hadisə ilə bağlı cinayət işi başlandığını qeyd edib.

Chosen
47
teleqraf.com

1Sources