EN

“Real”ın oyunçusunun aqibəti məlum oldu

Federiko Valverdenin aqibəti məlum olub.

"Football-plus.az" xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi “Atletiko” ilə derbi matçında (3:2) aldığı qırmızı vərəqəyə görə La Liqada bir oyunluq cəzalandırılıb. Uruqvaylı futbolçu 77-ci dəqiqədə Aleks Baenaya arxadan zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Hakim Xose Munuera Monteronun bu qərarı Hakimlərin Texniki Komitəsi tərəfindən də dəstəklənib. İspaniya Kral Futbol Federasiyasının Yarış Komitəsi Valverdenin cəzasını bir oyunla məhdudlaşdırıb, halbuki əvvəlcə yarımmüdafiəçinin iki matçlıq kənarlaşdırılacağı ehtimal edilirdi.

Federiko bu cəza səbəbindən aprelin 4-də La Liqanın 30-cu turu çərçivəsində keçiriləcək “Malyorka” ilə oyunda komandasına kömək edə bilməyəcək.

Chosen
15
1
football-plus.az

2Sources