EN

“Qatar Airways” qənaət üçün yollar axtarır

Bakı, 27 mart, AZƏRTAC

Qətərin əsas aviadaşıyıcısı “Qatar Airways” mart ayında uçuşların minimuma enməsi nəticəsində yaranan maddi zərəri kompensasiya etməyə çalışır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, aviadaşıyıcı təyyarə icarəyə verən şirkətlərlə danışıqlara başlayıb. Məqsəd icarə haqqını azaltmaq və ya ödənişləri təxirə salmaqdır.

Şirkət Yaxın Şərqdəki vəziyyətə görə ay ərzində mindən çox uçuşu ləğv edib. 20 ən böyük hava gəmisi isə hazırda İspaniya aeroportlarında saxlanılır. Məqsəd təyyarələri mümkün risklərdən qorumaqdır.

Regionun digər aviaşirkətləri də oxşar vəziyyətlə üzləşib.

Chosen
57
2
azertag.az

3Sources