EN

İlk dəfə ABŞ dollarının üzərində vəzifədəki prezidentin imzası olacaq

Birləşmiş Ştatların Maliyyə Nazirliyi ABŞ-nin yaranmasının 250-ci ildönümünün qeyd edilməsi münasibətilə milli valyuta əsginaslarında ABŞ Prezidenti Donald Trampın və qurumun rəhbəri Skott Bessentin imzalarını yerləşdirmək niyyətində olduğunu bildirib.

"Report" ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ölkə tarixində fəaliyyətdə olan dövlət başçısının imzasının pul nişanlarında yerləşdiriləcəyi ilk hal olacaq.

"Böyük ölkəmizin və prezident Donald Trampın tarixi nailiyyətlərini qeyd etmək üçün üzərində onun adı olan Amerika dollarını [buraxmaqdan] daha təsirli bir yol yoxdur", - Bessent vurğulayıb.

Nazirin sözlərinə görə, onun ölkə tarixində "ABŞ-nin iqtisadi dirçəlişinin qızıl dövrünün memarı" kimi rolunu nəzərə alaraq Trampın imzasının milli valyutaya həkk olunması "təkcə yerinə düşən deyil, həm də tamamilə layiqlidir".

1776-cı ildə təsdiqlənmiş İstiqlaliyyət Bəyannaməsi Birləşmiş Ştatların Britaniya imperiyasının hökmranlığından azad olunmasını rəsmiləşdirib. Sənəd 2 iyul 1776-cı ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində konqres tərəfindən bəyənilib. İki gün sonra konqres bəyannamənin redaktə edilmiş variantını təsdiqləyib və onun çap edilərək kütlələr arasında yayılması barədə sərəncam verib. Bununla əlaqədar 4 iyul Birləşmiş Ştatların yaranma tarixi hesab olunur.

Chosen
61
4
far.az

10Sources