EN

Türkiyə millisi Dünya Çempionatının bir addımlığında!

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin ilk qarşılaşması keçirilib. C yolunda Türkiyə millisi İstanbulda Rumıniya ilə üz-üzə gəlib.

"Beşiktaş Park" stadionunda keçirilən qarşılaşmada Türkiyə milisi Rumıniyanı 1:0 hesabı ilə məğlub edib. Matçın qalibiyyət qolunu 53-cü dəqiqədə Ferdi Kadıoğlu atıb.

Qeyd edək ki, yarımfinal və final mərhələsi bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.

Mətləb

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
14
sia.az

10Sources