EN

Sərxoş vəziyyətdə evin pəncərəsini sındırdı, həyatını itirdi TƏFƏRRÜAT

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün səhər saatlarında Zaqatala sakininin ayağından xəsarət alması və xəstəxanada ölməsi barədə məlumat vermişdik. Bizim.Media-nın yerli bürosunun etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 50 yaşlı İlham Davudov sərxoş vəziyyətdə yaşadığı evin pəncərəsinə təpiklə vurub.Bu zaman pəncərə şüşəsi onun ayağının topuq nahiyəsini kəsməsi güclü qanaxmaya səbəb olub.İlham Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər qanağxmanı saxlaya bilməyib və nəticədə o, qamaxmadan ölüb.Faktla bağlı rayon prokurorluğunda araşdırmalar başlayıb.Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
2
bizim.media

3Sources