EN

MEDİA jurnalistin vəfatı ilə bağlı başsağlığı verdi

MEDİA tanınmış jurnalist Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verib.

Turkustan.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.

“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”, - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, mərhum jurnalist səhər saatlarında ürək çatışmazlığı səbəbilə dünyasının dəyişib.

Məlumat üçün bildirək ki, o, uzun müddət “Şərq” qəzetində, daha sonra isə “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. R.Baxşəliyev“Qubadlının azad olunmasına görə” medalı, “Tərəqqi” medalı ilə təltif edilib.

xxx

"Azərbaycan" qəzetinin şöbə müdiri, Parlament Jurnalistlər Birliyinin üzvü, qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib.

Turkustan.az xəbər verir ki, 48 yaşlı mərhum jurnalist bu gün dəfn olunacaq.

Qeyd edək ki, son illərdə onun səhhətində ciddi problemlər yaranmışdı.

R.Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirmişdi. Onun ölümünə də ürək tutmasının səbəb olduğu bildirilir.

Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Allah rəhmət etsin.

Chosen
25
5
turkustan.az

10Sources