EN

Azərbaycanda 8 filmə çəkilən, fəxri ad almaqdan ötrü otelə çağırılan məşhur aktrisa indi HARADADIR?

Aktrisa İnarə Quliyevanın həyatı və sənət yolu..

KONKRET.az xəbər verir ki, Rusiyada fəaliyyət göstərən aktrisa İnarə Aleksandrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskva şəhərində anadan olub. 1972-ci ildə GİTİS-i bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artisti fəxri adına layiq görülüb. O, Rusiyanın Xalq artisti, opera aktyoru Vitali Mişle ilə ailəlidir.

Atası azərbaycanlı olduğu üçün Quliyeva soyadını daşıyan aktrisanın ailə kökləri Bakı ilə bağlıdır. Lakin ailədaxili səbəblərdən uzun illər azərbaycanlı qohumları ilə əlaqəsi kəsilib.

Azərbaycan tamaşaçıları onu xüsusilə Qayınana filmində canlandırdığı Afət obrazı ilə tanıyır. Aktrisa bu rola Moskvadan dəvət olunub və sınaq çəkilişlərində digər namizədləri geridə qoyaraq seçilib. Bundan əvvəl isə “Alma almaya bənzər”, Dədə Qorqud və “Günlərin bir günü” kimi filmlərdə də rol almışdı.

Onun Azərbaycan kinosunda tanınmasında rejissor Oqtay Mirqasımov mühüm rol oynayıb. Rejissor aktrisanı 1001-ci qastrol filmində çəkilməyə dəvət edib və onların dostluğu uzun illər davam edib.

Bununla belə, aktrisanın Bakı ilə əlaqələri zamanla zəifləyib. Onun sözlərinə görə, Mərkəzi Komitədə baş verən bir hadisədən sonra ona yeni rollar verilməyib və nəticədə o, Azərbaycan kino mühitindən uzaqlaşıb. Daha sonra Sovet İttifaqının dağılması da əlaqələrin tamamilə kəsilməsinə səbəb olub.

Sonuncu dəfə Bakıdan ayrılarkən cəmi 30 yaşı olan aktrisa Azərbaycan dilində cəmi bir neçə söz bildiyini deyib. Uzun illərdir sənət fəaliyyətini Rusiyada davam etdirən İnarə Quliyeva şəxsi həyatında isə övlad sahibi olmayıb.

Onun həyatı və karyerası həm uğurlar, həm də çətin qərarlarla yadda qalan sənət yolunun nümunəsi kimi qiymətləndirilir.

Chosen
16
konkret.az

1Sources