EN

Türkiyə pley off finalına çıxdı Rəqibi bu komanda olacaq

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.

Yeniavaz.com xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçirilib. Qarşılaşma “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.

Türkiyə millisinin finaldakı rəqibi bəlli olub. Səfərdə Slovakiyaya 4:3 hesabı ilə qalib gələn Kosovo finala vəsiqə qazanıb.

Bundan başqa, İtaliya, İsveç, Polşa və Danimarka yığmaları finala yüksəlib. Uels - Bosniya və Herseqovina və Çexiya - İrlandiya matçlarında isə hesab bərabər olduğundan əlavə vaxt oynanılır.DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunlarıYarımfinalA yolu

23:45. İtaliya - Şimali İrlandiya - 2:0

23.45. Uels - Bosniya və Herseqovina - 1:1 (Əlavə vaxt)B yolu

23:45. Ukrayna - İsveç - 1:3

24:45. Polşa - Albaniya - 2:1C yolu

21:00. Türkiyə - Rumıniya - 1:0

23:45. Slovakiya - Kosovo - 3:4D yolu

23:45. Danimarka - Şimali Makedoniya - 4:0

23:45. Çexiya - İrlandiya - 2:2 (Əlavə vaxt)Final

Kosovo - Türkiyə

İsveç - PolşaAvropa zonası üzrə pley-off finalları martın 31-də təşkil olunacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
4
yeniavaz.com

7Sources